Ermənistanda təzyiqlərə məruz qalan nazir müavini istefa verdi
Dünya
26.09.2024 21:12
Ermənistan ədliyyə nazirinin
müavini Sirvard Gevorgyan istefa verdiyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yayıb.
Gevorqyan
qərarını iki müxalif siyasi düşərgənin təzyiqi və manipulyasiyası ilə izah edib
və qeyd edib ki, o, öz mövqeyini qorumaq üçün dostlarını və həmkarlarını
təhlükəyə atmağa hazır deyil.
Gevorqyanın
istefası hakim fraksiya deputatlarının istefasını tələb etdiyi ədliyyə naziri
Qriqor Minasyana təzyiqlər fonunda baş verib.
Partiyanın nizamnaməsinə
görə, fraksiya üzvlərinin üçdə biri bu təşəbbüsü dəstəkləsə, istefa məsələsi
müzakirəyə çıxarıla bilər, lakin yekun qərar baş nazirdə olacaq.
tag: Ermənistan, Nazir, istefa, Deputat, todaypress.az,