Ermənistanda təyyarə qəzaya uğrayıb, 2 nəfər öldü

Dünya

19.07.2024 11:17

2681

Ermənistanın Kotayk vilayətinin Yeqvard şəhəri yaxınlığında An-2 təyyarəsi qəzaya uğrayıb.

TodayPress "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Qəza zamanı 2 nəfər həlak olub.

tag: Ermənistan,Kotayk, Yeqvard, Təyyarə, Qəza, todaypress.az,