Ermənistanda Qərbi Nil qızdırması virusuna yoluxanların sayı artdı
Dünya
30.08.2024 22:45
Ermənistanda Qərbi Nil qızdırması virusuna yoluxma hallarının sayı 92 nəfərə çatıb.
TodayPress xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.
Ermənistanın Xəstəliklərə Nəzarət və Xəstəliklərin Profilaktikası Mərkəzinin məlumatına görə, xəstəxanaya yerləşdirilənlərin dəqiq sayı açıqlanmayıb.
Bildirilib ki, xəstəliyə qarşı xüsusi peyvənd və dərman yoxdur. 80% hallarda asemptomatikdir. Ağır hallarda WNV sinir sisteminə təsir göstərir. Xəstəxanaya yerləşdirilən vətəndaşlarda intoksikasiya üçün xarakterik olan əlamətlər müşahidə olunur.
Aynur TAC
tag: Ermənistan, Virus, Qərbi Nil, Xəstəlik,todaypress.az,