Ermənistanda polis bölməsi atəşə tutuldu, yaralılar var

Dünya

20.07.2024 11:36

1435

Ermənistanın Kotayk vilayətində əcnəbi şəxs polis bölməsində avtomat silahından atəş açıb.

TodayPress “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis yaralanıb. 

Məlumata görə, İraq vətəndaşı olduğu bildirilən həmin şəxs daxil olan şikayət əsasında bölməyə gətirilib. O, bölmədə polis əməkdaşlarından birinin avtomat silahını götürərək özünü güllələmək istəyib. Nəticədə isə həm özü, həm də 2 polis yaralanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

tag: Ermənistan, Kotayk, İraq,Polis, Avtomat, todaypress.az,