Ermənistanda MN poliqonu yaxınlığında partlayış baş verdi, bir nəfər öldü

Dünya

20.07.2024 20:48

1882

İyulun 20-də Ermənistanın Sünik rayonunda partlayış baş verib.

TodayPress Ermənistan mediasına istinadən xəbər verir ki, insident ölkənin Müdafiə Nazirliyinin atış poliqonuna yaxın ərazidə qeydə alınıb.

Ərazidən meyit tapılması barədə əməliyyat məlumatı daxil olub. İlkin məlumata görə, onun ölümünə səbəb partlayış olub.

Faktla bağlı Sünik Rayon İstintaq İdarəsində cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti və mərhumun şəxsiyyəti müəyyənləşdirilir. Ölənin mülki şəxs olduğu bildirilir. (oxu.az)

tag: Ermənistan, MN,Partlayış, Sünik, todaypress.az,