Ermənistanda iki polis güllələndi, biri öldü

Dünya

08.09.2024 06:45

Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində silahlı insident nəticəsində bir polis əməkdaşı ölüb, digəri isə yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub.

Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin ünvanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb.

İki polis əməkdaşı xəstəxanaya çatdırılıb, onlardan biri ölüb.

tag: Ermənistan, DİN, Polis, Ölüm, Cinayət,todaypress.az,