Ermənistanda hərbi hissədə əsgər öldürüldü
Dünya
06.10.2024 17:55
Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun meyiti aşkarlanıb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
“Oktyabrın 6-da, saat 10 radələrində hərbi hissələrdən birinin hərbi qulluqçusu Vaqe Baqrate Arutunyanın güllələnmiş yaralı meyiti aşkarlanıb” deyə məlumatda qeyd olunub.
Faktla bağlı araşdırma aparılır.
tag: Ermənistan ,Hərbçi,Silahlı Qüvvələr,Ölü,todaypress.az,