Ermənistanda havanın çirklənmə səviyyəsi artdı
Dünya
23.08.2024 02:00
Ermənistanda bir həftədə havanın çirklənməsinin səviyyəsi artıb.
TodayPress xəbər verir ki, bu barədə Ermənistanın
Hidrometeborologiya və Monitorinq Mərkəzi məlumat yayıb.
"Mərkəz avqustun 15-dən avqustun 21-dək havanın
keyfiyyətinin monitorinqini həyata keçirib. Avqustun 15-də Kentron və Şenqavit
inzibati rayonlarında, avqustun 21-də isə Ərəbkirdə havadakı tozun
konsentrasiyası icazə verilən normanı keçib" məlumatda deyilir.
Bu ayın 15, 17 və 20-də Nor-Nork rayonunda havada kükürd
qazının konsentrasiyası da normadan artıq olub.
tag: Ermənistan, İrəvan,Ekologiya,Hava, todaypress.az,