Ermənistanda “Eagle Partner 2024” təlimlərinə start verildi
Dünya
15.07.2024 16:40
Ermənistan-ABŞ birgə təlimlərinə start verilib.
TodayPress xəbər verir ki, “Eagle Partner 2024” adlanan təlimlər Ermənistanda keçirilir.
Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı birliklərinin və Qanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir.
Təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi, o cümlədən Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır.
tag: Ermənistan, ABŞ, Təlimlər,Avropa, Afrika, todaypress.az,