Ermənistanda "Daşnaksütyun" partiyasının üzvləri saxlanıldı

Dünya

15.06.2024 23:00

2355

Ermənistanda daxili ictimai-siyasi sabitliyi pozmaqla məşğul olan müxalifət nümayəndələrinə qarşı tədbirlər görülür.


TodayPress Ermənistan mətbuatına istinadla xəbər verir ki, hüquq mühafizə orqanları "Daşnaksütyun” partiyasının 20-yə yaxın üzvünü saxlayıb.

“Daşnaksütyun” partiyasının ali orqanının üzvü Qerasim Vardanyan iyunun 15-də Ermənistan İstintaq Komitəsinə dəvət olunub və barəsində həbs qətimkan tədbiri seçilib.


tag: Ermənistan,"Daşnaksütyan", Partiya,Müxalifət, todaypress.az,