Ermənistanda aksiya keçirilir

Dünya

22.04.2025 12:40

3

Ermənistanın Proşyan və Kasax kəndlərinin sakinləri ictimai nəqliyyatda qiymət artımı ilə əlaqədar etiraz aksiyalarına başlayıblar.   

TodayPress xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb. 

Sakinlər Ermənistanın Gürcüstanla sərhədə gedən əsas magistrallarından birini bağlayıblar.

Polis aksiyanın keçirildiyi yerə gəlsə də, yollar hələ açılmayıb. 

Qeyd edək ki, oxşar hadisə aprelin 10-da da baş verib. 

Türkan İsgəndərli

tag: Ermənistan,Aksiya,gürcüstan,Sərhəd,Todaypress.az,