Ermənistanda Aİ-yə üzvlüklə bağlı imza toplanır?
Ermənistan Mərkəzi Seçki Komissiyası “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsinin təqdim edilməsi məqsədilə təşəbbüs qrupunun yaradılması barədə qərar təqdim edib.
TodayPress xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Sənədi 51 vətəndaşdan ibarət qrupun təqdim etdiyi qeyd edilir. Onlar Respublika Partiyasının sədr müavini Artak Zeynalyanı səlahiyyətli nümayəndə təyin ediblər. Sənədləri Mərkəzi Seçki Komissiyasının sədr müavini Nune Hovhannisyan qəbul edib. MSK 10 gün müddətində təşəbbüs qrupunun və onun səlahiyyətli nümayəndəsinin qeydiyyatı haqqında ərizəyə baxmalıdır.
Qeyd edək İyunun 21-də Ermənistan parlamentində Avropa İttifaqına üzvlük ərizəsi üzrə referendumun keçirilməsi məsələsi müzakirə edilib. Parlamentin spikeri Alen Simonyan Latviyaya səfəri zamanı bildirib ki, Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına daxil olma ehtimalı məsələsini referenduma çıxara bilər.
Günəş Mərd
tag: Ermənistan, Aİ, Referendum ,Latviya, Alen Simonyan ,todaypress.az,