Ermənistanda Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə işçi qrupu yaradıldı
Dünya
25.10.2024 20:11
Ermənistan baş nazirinin
müavini Mqer Qriqoryanın qərarı ilə Avropa İttifaqı (Aİ) ilə viza rejiminin
liberallaşdırılması üzrə işi əlaqələndirmək üçün işçi qrup yaradılıb.
TodayPress xəbər verir ki, bu barədə
“Sputnik-Ermənistan” məlumat yayıb.
Qrup Ermənistan və Aİ arasında sazişlərin icrasına
cavabdeh olan qurumlararası komissiyanın nəzdində yaradılıb. Ona Qriqoryanın
özü rəhbərlik edəcək. Qrupun tərkibinə parlamentin Avropaya inteqrasiya və
xarici əlaqələr komissiyalarının rəhbərləri, daxili işlər, ədliyyə, səhiyyə və
xarici işlər nazirlərinin müavinləri, habelə bir neçə deputat və orta səviyyəli
vəzifəli şəxslər də daxil edilib.
Xatırladaq ki, sentyabrda Qriqoryan Avropa Komissiyasının
sədr müavini Marqaritis Shinasla görüşdən sonra Aİ ilə viza rejiminin
liberallaşdırılması üzrə rəsmi dialoqun başlandığını elan etmişdi.
tag: Ermənistan, Aİ, Qriqoriyan, Avropa Komisiyası, todaypress.az,