Ermənistan və Türkiyə razılığa gəldi

Dünya

18.10.2024 15:48

1615

“Artıq Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələblərin birgə qiymətləndirilməsi barədə razılığa gəliblər”.

TodayPress xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “3+3” platformasının sessiyası zamanı deyib.

“Bu, Ermənistan və Türkiyə arasında birbaşa uçuşların yaradılması və hava yüklərinin daşınmasına qoyulan qadağaların qarşılıqlı olaraq aradan qaldırılması ilə bağlı artıq icra olunmuş qərarları tamamlayır. Ermənistan Marqara keçid məntəqəsinin tikintisini və texniki təchizatla təmin olunmasını başa çatdırıb” deyə XİN başçısı bildirib.

Töhfə Səməd

tag: Ermənistan, Türkiyə, Qars, XİN, todaypress.az,