Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq
Dünya
14.01.2025 10:50
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Yanvarın 14-də xarici işlər naziri Mirzoyan və dövlət katibi Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığa dair sənəd imzalayacaqlar” deyə məlumatda bildirilir.
Mərasim Vaşinqtonda baş tutacaq və ABŞ Dövlət Departamenti tərəfindən canlı yayımlanacaq.
Günəş Mərd
tag: ABŞ ,Ermənistan ,Tərəfdaşlıq ,Sənəd ,todaypress.az,