Ermənistan Ukrayna ilə əməkdaşlığı gücləndirmək istəyir
Dünya
24.08.2024 22:12
Ermənistan Ukrayna ilə ikitərəfli əməkdaşlığın daha da
möhkəmlənməsinə ümidlidir.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan Xarici
İşlər Nazirliyinin Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik məktubunda qeyd
olunub.
Bildirilib ki, İrəvan Kiyevlə uzunmüddətli və möhkəm əlaqələri
yüksək qiymətləndirir. Eyni zamanda, respublika hakimiyyəti iki ölkə arasında
münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə ümid edir.
İyulun 24-də Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskov Rusiya Ermənistanı qardaş dövlət hesab etdiyini bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqını (Aİ) Zaqafqaziyada dağıdıcı təsir
göstərmək istəməkdə ittiham edib. Belə ki, diplomat Brüsselin İrəvana ordunun
inkişafı üçün 10 milyon avro məbləğində yardım göstərmək planlarını vurğulayıb.
Aynur TAC
tag: Ermənistan,Ukrayna, Əməkdaşlıq,Rusiya,todaypress.az,