Ermənistan Rusiyaya nota verdi
Dünya
15.01.2025 14:16
Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
TodayPress-in xəbərinə görə, bu barədə məlumatı Ermənistan XİN-yayıb.
Bildirilib ki, səfir “Rossiya” telekanalında yayımlanan “Vesti nedeli” proqramının 12 yanvar 2025-ci il tarixli buraxılışında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn fikirlərlə bağlı XİN-ə dəvət olunub.
Rusiya səfirinə müvafiq nota təqdim edilib.
tag: Rusiya ,Ermənistan, Nota, Suveren, todaypress.az,