Ermənistan Rusiya qazının əvəzlənməsi ilə bağlı danışıqlara başlayır
Ermənistan hakimiyyəti İranın köməyi ilə Türkmənistanla qaz tədarükü ilə bağlı danışıqlar aparır.
TodayPress Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu respublika hökuməti başçısının müşaviri Artaşes Tümanyan ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası zamanı deyib.
“Söhbət svop sxemindən gedir, yəni fiziki olaraq Türkmənistan təbii qazı İrana gedəcək, Ermənistan da öz sərhədində İran yanacağını da eyni həcmdə alacaq” deyə o bildirib.
Rəsminin sözlərinə görə, Tehran razılaşmada iştirak etməyə hazırdır, Mərkəzi Asiya respublikası ilə müzakirələr davam edir və tərəflər hələlik qiymətlə bağlı ortaq rəy əldə etməyiblər.
İrəvan ildə 600 milyon kubmetrdən milyard kubmetrədək qaz almağı gözləyir. Təchizat Rusiya qazını qismən əvəz etməyə kömək edəcək, çünki “Qazprom” hazırda erməni istehlakçıları üçün yanacaq tədarükçüsüdür.
Ermənistan İrandan müəyyən həcmdə qaz alır, lakin müqavilənin şərtlərinə uyğun olaraq, o, tamamilə əks istiqamətdə verilən elektrik enerjisinin istehsalına sərf olunur.
Aysel Mətləb
tag: Ermənistan,Rusiya,Qaz,Qazprom,Todaypress.az,