Ermənistan Rusiya ilə bağlı fikirini dəyişdi
Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyan vasitəsilə Rusiya rəhbərliyi ilə əlaqə saxlamağa və müəyyən mesajlar göndərməyə çalışır.
TodayPress xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ və Rusiya arasında intensiv danışıqlar başlamazdan əvvəl İrəvan Moskvaya qarşı “loyal” olduğunu göstərməyə çalışır.
“Rusiya xarici işlər naziri Sergey Lavrov hazırda Səudiyyə Ərəbistanında amerikalılarla danışıqlarla məşğul olduğundan məsələni diplomatik kanallarla həll etmək mümkün deyil.
Ona görə də hakim partiyanın deputatları təkid edirlər ki, Avropa İttifaqına üzvlük prosesinin başlanması layihəsinin qəbulu Ermənistanı Aİ-yə üzv olmağa hazır olması demək deyil” deyə məlumatda vurğulanıb.
Nicat Osman
tag: ABŞ,Rusiya,Ermənistan,Paşinyan,Todaypress.az,