Ermənistan prezidenti TBMM sədri ilə danışıqlar apardı
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Aşqabadda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla danışıqlar aparıb.
TodayPress xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
V.Xaçaturyan qeyd edib ki, hər kəs Ermənistan və Türkiyənin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu anlayır.
Onun sözlərinə görə, tərəflər görüşmək və nizamlanma məsələlərini müzakirə etmək fürsətini əldən vermir.
“Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə münasibətlərin nizamlanması reallığa çevrilə bilər” o əlavə edib.
tag: Türkiyə,Ermənistan ,Münasibət,Normallaşma,Vaaqn Xaçaturyan ,Numan Kurtulmuş,