Ermənistan parlamentinin növbədənkənar sessiyası baş tutmadı
Dünya
17.06.2024 21:30
Ermənistan parlamentinin iyunun 17-nə çağırılan növbədənkənar sessiyası baş tutmayıb.
TodayPress Sputnik Ermənsitan-a istinadla xəbər verir ki, bu gün Ermənistan Milli Assambleyasının parlament müxalifətinin təşəbbüsü ilə keçirilən sessiyası baş tutmayıb. Hakim “Mülki müqavilə” fraksiya deputatlarının əvvəllər söz verdikləri kimi, lazımi kvorumu təmin etməyib.
İclasda iştirak etmək üçün cəmi 34 deputat qeydiyyatdan keçib, lakin ssesiyanın baş tutması üçün minimum 54 deputat tələb olunur.
Ermənistan parlamentin spikeri Alen Simonyan reqlamentə əsasən, 4 saat ərzində lazımi sayda səs toplanarsa, görüşün davam edəcəyini deyib.
Qeyd edək ki, 107 deputatı olan parlamentdə Paşinyan fraksiyasının 71 mandatı var.
Xatırladaq ki, müxalifətin “Hayastan” və “Şərəfim var” fraksiyaları ötən həftə “Hökumətin istefası və yeni parlamentin formalaşdırılması zərurəti haqqında” Milli Məclisə müraciət layihəsinin müzakirəsi nəzərdə tutulan iclas keçirmək təşəbbüsü ilə çıxış ediblər.
GÜNEL
tag: Ermənistan parlamenti, Alen Simonyan,Müxalifət, Deputat, todaypress.az,