Ermənistan ordusunun hərbçisi güllələndi

Dünya

13.10.2024 14:54

1570

Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbçisi Aqasi Serojeviç Dallakyanın güllə yarası ilə cəsədi aşkar edilib.

TodayPress xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

"Baş vermiş hadisənin bütün təfərrüatlarının tam aydınlaşdırılması məqsədilə araşdırma aparılır" deyə nazirlikdən bildirilib.

Müdafiə Nazirliyi hərbçinin ailə üzvlərinə, yaxınlarına və həmkarlarına başsağlığı verib.

tag: Ermənistan,MN,Aqasi Serojeviç ,Dallakyan,todaypress.az,