Ermənistan nümayəndəsi Belarus XİN-ə çağırıldı

Dünya

21.08.2024 18:20

Ermənistanın Minskdəki müvəqqəti işlər vəkili Narek Tiraturyan Belarusun İrəvandakı səfirliyinin binasına qarşı törədilən vandalizm aktına görə Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.   

TodayPress xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaza məlumat yayıb. 

Onun sözlərinə görə, erməni diplomata bir qrup şəxs tərəfindən Belarusun İrəvandakı səfirliyinin binasına qarşı törədilmiş vandalizm aktı, respublikanın diplomatik nümayəndəliyinə dəymiş ziyan barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Ermənistan hüquq-mühafizə orqanları bunun qarşısını almalıdır.

“Belarus tərəfi vandalların müəyyən edilməsindən, dəymiş ziyanın ödənilməsindən və Ermənistan qanunvericiliyinə uyğun olaraq cəzalandırılmasından yanadır”  deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, avqustun 21-də Ermənistanın “Respublika adına” partiyasının üzvləri Belarusun İrəvandakı səfirliyinə hücum edərək, səfirliyin binasına yumurta, pomidor və kartof atıblar.  

Günəş Mərd

tag: Belarus, Ermənistan, Səfir,XİN,todaypress.az,