Ermənistan müdafiə naziri cəzalandırıldı

Dünya

21.08.2024 16:57

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası müdafiə naziri Suren Papikyanı "Mülki müqavilə" partiyasının idarə heyətinin rəhbəri vəzifəsində işləyərkən törətdiyi inzibati xəta ilə əlaqədar 100 min dram (təxminən 260 ABŞ dolları) cərimələyib.

TodayPress xəbər verir ki, bu barədə “Arminfo” məlumat yayıb.

Belə ki, Papikyan 2022-ci ildə qanunun bütün partiya ödənişlərinin bank köçürməsi ilə edilməsi tələbinə əməl etməyib.

“Xüsusən, bankomatlar vasitəsilə partiyanın hesabından 11 milyon 387 min dram nağdlaşdırılıb. Partiya aparatı pulun konkret nəyə xərcləndiyini açıqlamayıb” deyə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının bəyanatında bildirilib.

Qeyd edək ki, müdafiə naziri komissiyanın iclasında iştirak etməyib və pulların hara xərclənməsi ilə bağlı heç bir açıqlama verməyib.

Töhfə Səməd

tag: Ermənistan, Müdafiə Nazirliyi ,Korrupsiyaya Qarşı Mübarizə Komissiyası ,Suren Papikyan, Partiya, todaypress.az,