Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının iki bəyanatına qoşulmadı
Dünya
07.10.2024 23:13
Ermənistan MDB Xarici
İşlər Nazirləri Şurasının bu gün keçirilən iclasında şuranın iki bəyanatına
qoşulmayıb.
TodayPress xəbər verir ki, bu barədə
İctimai Televiziyaya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani
Badalyan məlumat verib.
Bu bəyanatlardan biri “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri”, ikincisi isə “beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” ilə bağlı bəyanatdır.
tag: Ermənistan,MDB, XİN, Avrasiya, Ani Badalyan, todaypress.az,