Ermənistan KTMT təlimlərində iştirak etməyəcək

Dünya

05.08.2024 12:15

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Rusiya Qvardiyasının rəhbərliyi altında avqustun 14-dən 16-dək Novosibirskdə “Kobalt-2024” təlimləri keçiriləcək. 

TodayPress “TASS”a  istinnadən xəbər verir ki, bu barədə Rusiya Qvardiyasının mətbuat xidməti məlumat verib.

İdarədən bildirilib ki, tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nümayəndələri iştirak edəcəklər.

Üç gün ərzində təlim iştirakçıları təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirəcəklər. KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin tərkibinə daxil olan bölmələr qeyri-qanuni silahlı birləşmələrin axtarışı, aşkarlanması və məhv edilməsi üzrə birgə hərəkətlərdə praktiki bacarıqlar əldə edəcəklər. 

Qeyd edək ki, Ermənistan sözügedən təlimlərdə iştirak edən ölkələr arasında yoxdur. 

Günəş Mərd

tag: Ermənistan, Qırğızıstan, KTMT, Rusiya,Tacikistan, todaypress.az,