Ermənistan KTMT-dən çıxmaqla bağlı müraciət edib? - Açıqlandı

Dünya

11.12.2024 19:15

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlükdən çıxmaq istəməsi ilə bağlı rəsmi müraciət edib-etməməsi barədə Rusiyada etibarlı məlumat yoxdur. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Qeyd edək ki, dekabrın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ermənistan assosiasiyadan çıxması ilə bağlı KTMT-yə heç bir sənəd göndərməyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevral ayında Ermənistanın təşkilatda iştirakının dondurulduğunu açıqlamışdı. 

Günəş Mərd

tag: Ermənistan,KTMT,Rusiya,Mariya Zaxarova,Nikol Paşinyan,todaypress.az,