Ermənistan İtaliya ilə müdafiə sahəsində əməkdaşlıq edəcək

Dünya

12.12.2024 17:39

Ermənistan və İtaliya 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıblar.

TodayPress xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

“Məsləhətləşmələr nəticəsində Ermənistan və İtaliya arasında 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb. Bu proqramda təcrübə mübadiləsi, müxtəlif sahələrdə kadr hazırlığı, hərbi təhsil və digər sahələrdə bir sıra tədbirlər nəzərdə tutulub” deyə məlumatda qeyd olunub. 

Sənəd Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Levon Ayvazyan və İtaliya Silahlı Qüvvələrinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik Mattia Zuzzi tərəfindən imzalanıb. 

Günəş Mərd

tag: Ermənistan ,İtaliya ,Müdafiə, Sahə, Əməkdaşlıq, todaypress.az,