Ermənistan Hindistandan daha 78 artilleriya qurğusu alacaq
Dünya
21.11.2024 12:10
Ermənistan Hindistanla daha 78 ədəd “ATAGS” yedəkli artilleriya qurğusu almaq üçün danışıqlar aparır.
TodayPress xəbər verir ki, bu barədə “IDRW” nəşri yazıb.
Qeyd olunub ki, Ermənistan Hindistandan ölkəyə gətirilən 60 ədəd “ATAGS”ın işini izlədikdən sonra bu qərara gəlib.
Daha öncə gətirilən altı haubitsadan ibarət ilk partiya Ermənistanda geniş sınaqdan keçirilib.
Günəş Mərd
tag: Hindistan, Ermənistan, ATAGS,Artilleriya Qurğusu, todaypress.az,