Ermənistan Hindistan və Fransa istehsalı olan “Trajan” haubitsaları alır
Ermənistan dövləti Hindistan və Fransanın birgə
istehsalı olan “Trajan” haubitsalarını almaq niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə
Hindistan KİV-i məlumat yayıb.
Məlumata görə, Hindistan və Fransanın birgə
hazırladığı “Trajan” 155 mm-lik artilleriya sistemi üçüncü bir ölkədən ixrac
sifarişi alıb.
Qeyd olunub ki, artilleriya sistemi birgə istehsal
potensialını və Hindistanda ucuz istehsal imkanlarını yaradıb. Sistemin bəzi
alt hissələrinin Hindistanda hazırlandığı qeyd olunub. Tədarükün yaxın aylarda həyata keçirilməsi gözlənilir.
Nəşr həmçinin Ermənistanın Hindistandan çoxlüləli raket sistemləri “Pinaka” və “Akash” hava hücumundan müdafiə sistemləri aldığını da açıqlayıb.
Aynur TAC
tag: Ermənistan, Hindistan, Silah,Fransa, Trajan, todaypress.az,