Ermənistan Fransadan “CAESAR” haubitsalarını alacaq
"Ermənistanla müdafiə sahəsində əlaqələrimizi
gücləndirməyə davam edirik".
TodayPress xəbər
verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lekornu "X"
hesabında bildirib.
O, qeyd edib ki, "Eurosatory"
müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı beynəlxalq sərgi çərçivəsində ermənistanlı
həmkarı Suren Papikyanla görüşüb. Fransalı nazir bu görüşü səmərli və məhsuldar
adlandırıb.
"CAESAR
haubitsalarının alınması üçün müqavilənin imzalanması ilə yeni mühüm mərhələyə
qədəm qoyduq" deyə
Lekornu əlavə edib.
tag: Ermənistan, Fransa ,CAESAR ,Haubitsa, todaypress.az,