Ermənistan Fransadan 36 “SEZAR” özüyeriyən silah aldı
Dünya
19.06.2024 19:30
Ermənistan Fransadan 36 ədəd “SEZAR” özüyeriyən artilleriya qurğusu alıb.
TodayPress xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşrinin director müavini məlumat verib. O, qeyd edib ki, artilleriya qurğuları yaxın 15 ay ərzində Ermənistana çatdırılacaq: “Ermənistan Azərbaycana qarşı müdafiəsini gücləndirmək üçün Fransadan 36 SEZAR silahı alıb ki, bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır”.
İrəvan və Parisin SEZAR özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını bundan əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu da açıqlamışdı.
Qeyd edək ki, sezar özüyeriyən silahı zirehli kabinli Renault Sherpa 10 yük maşını şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.
GÜNEL
tag: Ermənistan, Fransa, Silah,İrəvan, todaypress.az,