Ermənistan Fransa ilə hərbi əməkdaşlığı genişləndirir
Dünya
18.06.2024 02:21
Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində
fransalı həmkarı Sebastyan Lekornyu ilə görüş keçirib.
TodayPRESS xəbər verir ki, bu barədə məlumatı
Ermənistan Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, danışıqlar zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni razılaşmalar əldə olunub.
Qeyd edək ki, bu, Ermənistan və Fransa müdafiə nazirləri arasında cari il ərzində baş tutan ikinci görüşdür. Daha əvvəlki görüş fevralda İrəvanda keçirilib. (qafqazinfo)
tag: Dünya, Ermənistan, Fransa, Hərbi yardım, todaypress.az,