Ermənistan Fələstin dövlətini tanıdı
Dünya
21.06.2024 11:59
Ermənistan Fələstini müstəqil dövlət kimi tanıyıb.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunub:
“Qəzzada fəlakətli humanitar vəziyyət və davam edən hərbi münaqişə beynəlxalq siyasi gündəmdə həlli vacib olan məsələlərdən biridir.
Ermənistan BMT Baş Assambleyasının Qəzzada dərhal atəşkəs elan edilməsini tələb edən qətnamələrinə qoşulub. Müxtəlif beynəlxalq platformalarda Ermənistan həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə edib və İsrail-Fələstin münaqişəsinin həllinin “iki dövlət” prinsipini dəstəkləyib. Biz əminik ki, bu, fələstinlilərin və israillilərin istəklərini hüquqi çərçivədə həyata keçirə bilməsi üçün yeganə yoldur. Yuxarıda göstərilənlərə əsaslanaraq Ermənistan Fələstin Dövlətini tanıyır”.
Günəş Mərd
tag: Ermənistan, Fələstin, Xarici İşlər Nazirliyi, Qəzza, BMT, todaypress.az,