Ermənistan daxili islahatlarla bağlı ABŞ ilə məsləhətləşir
Ermənistan silahlı qüvvələrdə aparılan islahatlar çərçivəsində ABŞ və digər ölkələrdən məsləhətlər və yardımlar alır.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əvvəl də Ermənistan Azərbaycanla bağlı məsləhət almaq üçün ABŞ-yə müraciət edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Töhfə Səməd
tag: Ermənistan, ABŞ, Azərbaycan, Armen Qriqoryan, Qafqaz, todaypress.az,