Ermənistan da daxil 11 ölkə Ukrayna ilə bağlı yekun sənədi imzalamadı

Dünya

16.06.2024 18:00

2771

İyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində 91 ölkədən 80-i Ukrayna üzrə sammitin yekun bəyannaməsini dəstəkləsə də 12 ölkə sənədi dəstəkləməyib.

TodayPress xəbər verir ki, sənədi dəstəkləməyən ölkələrin siyahısına BRİKS üzvləri, yəni Braziliya, Hindistan, Cənubi Afrika və BƏƏ həmçinin Səudiyyə Ərəbistanı, Ermənistan, Bəhreyn, İndoneziya, Liviya, Meksika, Slovakiya və Tayland daxildir.

Qeyd edək ki, sözügedən sənəddə Rusiya Ukraynaya qarşı dağıntılara və insan iztirablarına səbəb olan “müharibə”də ittiham olunur.

GÜNEL

 

tag: Ermənistan, Ukrayna üzrə sammit, Bəyannamə, Meksika, todaypress.az,