Ermənistan ballistik raketlər alır
Dünya
27.09.2024 10:49
Hindistan Ermənistanın “Pralay” raketlərinin tədarükü ilə bağlı müraciətinə baxır.
TodayPress xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Qeyd olunub ki, iyun ayından Ermənistan “Pralay” raketlərinin tədarükü ilə bağlı Hindistana müraciət edib.
Lakin Raket Texnologiyasına Nəzarət Rejiminin üzvü kimi Hindistandan 300 km və ya daha çox mənzilli və faydalı yükü 500 kq və ya daha çox olan raketlərin ixracına nəzarət etmək tələb olunur. Bu baxımdan Hindistan “Pralay” raketinin uçuş məsafəsini azaltmaqla onu Ermənistana uyğunlaşdırmalıdır.
Hindistanın Ermənistanın “Pralay” tədarükü ilə bağlı tələbini qəbul etdiyi bildirilsə də, saziş hələ təsdiqlənməyib.
Qeyd edək ki, “Pralay” bərk yanacaqla işləyən qısa mənzilli yer-yer raketidir. O, 150-500 km məsafədəki hədəfləri vurmağa qadirdir.
Günəş Mərd
tag: Ermənistan ,Pralay Raketi, Hindistan ,Müraciət ,Tədarük ,todaypress.az,