“Ermənistan ATƏT-in Minsk qrupunun ləğvini istisna etmir”

Dünya

31.08.2024 16:06

Ermənistan sülhün əldə olunması şərti ilə ATƏT-in Minsk Qrupunun ləğvinin mümkünlüyünü istisna etmir.

TodayPress “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Emənitanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Sülh kontekstində biz ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərar qəbul etməyi mümkün hesab edirik. Sülh bərqərar olmuş fakt olan zaman belə bir formatın mövcudluğu suallar yarada bilər” deyə Paşinyan bildirib.

Günəş Mərd

tag: Ermənistan, Nikol Paşinyan ,ATƏT,MİNSK Qrupu, Mətbuat Konfransı, todaypress.az,