Ermənistan AES yararsız hala düşdü
Dünya
31.08.2024 17:34
İldırım vurması nəticəsində enerji sistemindən ayrılan Ermənistan Atom Elektrik Stansiyası (AES) sıradan çıxıb.
TodayPress xəbər verir ki, bu barədə “Elsety Armenia” nəşri məlumat yayıb.
Elektrik enerjisinin kəsilməsi nəticəsində İrəvan, Eçmiədzin və Armavir vilayətlərinin bir sıra inzibati rayonlarında elektrik enerjisi kəsilib.
Qeyd edək ki, AES Ermənistanın əsas elektrik enerjisi mənbələrindən biridir.
Nərmin Tuncay
tag: İldırım, Ermənistan, İrəvan ,AES ,Elektrik Enerjisi, todaypress.az,