Ermənipərəst senatoru əvəzləyəcək şəxs açıqlandı
Dünya
15.08.2024 18:15
Bir müddət öncə istefa verəcəyini açıqlayan Demokratlar partiyasının Nyu-Cersi ştatından ermənipərəst senatoru Robert Menendesin yerinə keçmiş administrasiya rəhbəri, ərəb əsilli amerikalı Corc Helmi təyin ediləcək.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Demokratlar Partiyasının üzvü Corc Helminin təyinatı cümə günü elan ediləcək.
Xatırladaq ki, iyulun 17-də ABŞ-də Andlılar məhkəməsi Robert Menendesi korrupsiya işində bütün ittihamlar üzrə təqsirli bilib. Belə ki, 70 yaşlı senator rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla 16 maddə üzrə təqsirli bilinib. “CNN” telekanalının məlumatına görə, Menendesi ümumilikdə 222 ilə qədər həbs cəzası gözləyə bilər.
Günəş Mərd
tag: ABŞ, CNN,Robert Menendes, Nyu-Cersi,Corc Helmi, todaypress.az,