Erməni spiker MDB PA-nın iclasında iştirakdan imtina etdi
Dünya
09.07.2024 15:35
Erməni spiker MDB Parlamentlərarası Assambleyasının iclasında iştirakdan imtina edib.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin köməkçisi Movses Arutyunyan bildirib.
Onun sözlərinə görə, parlamentin sədri Alen Simonyan iyulun 12-də Sankt-Peterburqda keçiriləcək MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak etməyəcək.
tag: Erməni Spiker, MDB,Ermənistan, Movses Arutyunyan, Parlament, todaypress.az,