Ərdoğanla İraqın Baş naziri arasında telefon danışığı baş tutdu
Dünya
03.12.2024 19:25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefonla danışıb.
TodayPress xəbər verir ki, söhbət zamanı Ərdoğan Türkiyənin prioritetinin öz sərhədləri xaricində sabitliyi qorumaq və mülki əhaliyə zərər verməmək olduğunu bildirib.
O, Suriyanın ərazi bütövlüyünün vacibliyini, bu mövzuda İraqla həmfikir olduqlarını qeyd edib.
Türkiyə Prezidenti PKK terror təşkilatı və onun qollarının qarşısını almaq üçün Türkiyənin bundan sonra da addımlar atacağını diqqətə çatdırıb.
tag: Ərdoğan,Türkiyə,İraq,Məhəmməd Şia əl-Sudani,PKK,todaypress.az,