Ərdoğan Zelenski ilə Ukraynada atəşkəslə bağlı danışdı
Dünya
25.09.2024 09:06
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarda Ankaranın Ukraynada taxıl sazişinin bərpası və atəşkəs üçün səy göstərəcəyinə söz verib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Görüş zamanı Ankara ilə Kiyev arasında ikitərəfli münasibətlər, müharibə və sülh səylərinin gedişi, regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan qeyd edib ki, Türkiyə hər zaman Ukrayna-Rusiya münaqişəsinin dialoq yolu ilə həll oluna biləcəyinə inanıb.
“Türkiyə bu məqsədə çatmaq üçün səylərini davam etdirir” Türkiyə liderinin ofisi bildirib.
Əlavə olunub ki, Türkiyə ədalətli və davamlı sülhə nail olmaq üçün vasitəçilik də daxil olmaqla bütün mümkün addımları atmağa hazırdır.
Günəş Mərd
tag: Türkiyə, Ukrayna, Rusiya, Ankara, Kiyev, todaypress.az,