Ərdoğan Zelenski ilə görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 15-i günortaya qədər Ankarada qalacaq və burada bir sıra rəsmi tədbirlərdə iştirak edəcək.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuata açıqlanan iş qrafikində məlumat verilib.
Təxminən saat 14:00-da (Bakı vaxtı ilə - red.) prezident Ərdoğanın Ukrayna lideri Volodimir Zelenski ilə rəsmi görüşü nəzərdə tutulub. Görüş Prezident Kompleksində keçiriləcək və təkbətək müzakirələr, daha sonra geniş tərkibli danışıqlar və işgüzar nahar ilə davam edəcək.
Bundan sonra, saat 16:30 radələrində Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında keçiriləcək tədbirdə iştirakı gözlənilir.
Saat 18:00-da isə prezidentin daha bir rəsmi tədbirdə çıxış edəcəyi bildirilir.
Eyni zamanda, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqları keçiriləcək. Rusiya nümayəndə heyətinə prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
Heyətdə həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin yer alıb.
Töhfə Səməd
tag: Türkiyə,Rəcəb Tayyib Ərdoğan,Ankara,Volodimir Zelenski,todaypress.az,