Ərdoğan Zelenski ilə danışdı

Dünya

14.05.2025 05:11

10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, mayın 12-də Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar apardığını bildirib.

TodayPress xəbər verir ki, Ərdoğan danışıqların təfərrüatlarını açıqlamayıb.

“Bir müddət əvvəl biz Ukrayna prezidenti cənab Volodimir Zelenski ilə danışıqlar apardıq” deyə o qeyd edib.

Ərdoğan əlavə edib ki, o, ABŞ prezidenti Donald Trampın “qaynar münaqişələri dialoq və diplomatiya yolu ilə həll etmək” istəyini dəstəkləyir.

tag: Türkiyə, Ukrayna, Ərdoğan, Zelenski, todaypress.az,