Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə edəcək
Dünya
06.01.2025 14:16
Yanvarın 6-da Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının gündəliyinə Rusiya-Ukrayna münaqişəsi də daxil edilib.
TodayPress xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.
“Rusiya ilə Ukrayna arasındakı müharibə, İsrailin Qəzza zolağına hücumları müzakirə olunacaq. Xarici siyasətin əsas mövzusu isə Suriyadakı son hadisələr olacaq” nəşr qeyd edib.
Qəzetin yazdığına görə, Türkiyə lideri eyni zamanda Suriyaya ezam olunmuş nazirlərin hesabatlarını dinləyəcək.
Günəş Mərd
tag: Ərdoğan ,Türkiyə,Ukranya, Müzakirə, todaypress.az,