Ərdoğan: “Türkiyə yeni Suriya hakimiyyətinə kömək edəcək”

Dünya

20.12.2024 16:54

“Türkiyə Suriyaya hakimiyyət institutlarının yaradılmasında və konstitusiyanın hazırlanmasında köməklik göstərəcək və artıq bu məsələlərlə bağlı Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən onların lideri Əhməd əl-Şaraa ilə məsləhətləşmələr başlayıb”. 

TodayPress xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib. 

"Suriyada yeni mənzərə yaranıb. Keçmiş prezident Bəşər Əsədin hazırda Rusiyada olması hadisələrin nə qədər əhəmiyyətli olduğunu göstərir. Suriyadakı qardaş və bacılarımız gələcəkləri ilə bağlı öz qərarlarını verəcəklər. Biz onlara dövlət quruluşunun necə olduğunu, təcrübəmizi onlara ötürmək üçün kömək etməyə çalışacağıq” deyə Ərdoğan bildirib.

Prezident, həmçinin qeyd edib ki, Suriyada mövcud olan terror təşkilatlarını məhv etməyin vaxt gəlib çatıb. “Bunu sərhədlərimizin cənubundan gələn hər hansı təhlükəni aradan qaldırmaq üçün edəcəyik” deyə Ərdoğan sonda vurğulayıb.

Töhfə Səməd

tag: Suriya ,Türkiyə, Ərdoğan ,Kömək ,todaypress.az,