Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək
Türkiyə Suriyanın ərazi
bütövlüyünü heç vaxt güzəştə getməyəcək.
TodayPress xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə danışıqlardan sonra
keçirdiyi mətbuat konfransında deyib.
“Bizim prioritetimiz tikinti vasitəsilə suriyalıların
gündəlik həyatını normallaşdırmaqdır. Suriyanın ərazi bütövlüyünün qorunub
saxlanması bizim ölkənin heç vaxt güzəştə getməyəcəyi bir məsələdir” Türkiyə
lideri bildirib.
Livanın yardımından danışan Ərdoğan qeyd edib ki, hər iki
ölkə birlikdə hərəkət etməli olduqlarını qəbul ediblər.
"Suriyanın sabitliyi son 13 ildə qeyri-sabitlikdən
əziyyət çəkən bütün regionun sabitliyi deməkdir. Türkiyə kimi Livan da suriyalı
qardaşlarımızı qəbul etməkdən çəkinmədi. Ortaq məqsəd Suriyanı diriltmək üçün
həm Türkiyə, həm də Livan üçün öhdəmizə düşəni yerinə yetirməkdə davam
edəcəyik” Türkiyə Prezidenti vurğulayıb.
tag: Türkiyə, Ədoğan, Suriya, Dəməşq, Livan, todaypress.az,