Ərdoğan: “Türkiyə NATO-nun onurğa sütunudur”
Dünya
09.07.2024 13:08
"Türkiyə NATO-nun missiya və əməliyyatlarına ən çox töhfə verən ilk 5 müttəfiqdən biridir. Biz üzərimizə düşəni edirik. Quruda, dənizdə və havada inkişaf etdirdiyimiz imkan və bacarıqlarla NATO-nun onurğa sütununu təşkil edən ölkələr sırasındayıq”.
TodayPress xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, toplantıda Rusiya-Ukrayna məsələsi əsas müzakirə mövzusu olacaq.
Xatırladaq ki, sammit iyulun 9-dan 11-dək davam edəcək.
Töhfə Səməd
tag: Ərdoğan, Türkiyə, Rusiya, Sammit,Ukrayna, todaypress.az,