Ərdoğan: “Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib”

Dünya

13.11.2024 18:08

Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib.

TodayPress-in verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan dönərkən jurnalistlərə açıqlamasında söyləyib.

“Hazırda İsraillə heç bir əlaqəmiz yoxdur. Biz gələcəkdə bu münasibətləri yaxşılaşdırmaq üçün də heç bir addım atmırıq” deyə dövlət başçısı vurğulayıb.

Ərdoğan hökumətinin İsraillə münasibətləri davam etdirdiyinə dair iddiaları isə “Siyasətin çirkli tərəfi” olaraq adlandırıb.

tag: Türkiyə, İsrail, Prezident, Ərdoğan, Azərbaycan, todaypress.az,